Payız-qış aylarının trend rəngləri FOTOLAR

Azərbaycanın tanınmış modelyeri Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib. Modelyerin “sirr -2017” adlı kolleksiyasının fotoları dəniz kənarında çəkilib.

SİA-ya açıqlamasında Əliyev yeni kolleksiyası haqqında bunları deyib: “Yay mövsümü artıq başa çatdı, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim etməyə başlayıblar və mən də yeni əl işlərimi fərqli üsulda nümayiş etdirmək istədim. Payız ayı olmasına baxmayaraq, mən daha çox rəngli parçalara üstünlük verdim. Mən bu işimdə payız və qış aylarında, xanımlarımızı cansıxıcı geyimlərdən uzaq tutmaya çalışdım. Çünki, qadınlarımızın bu aylarda gözoxşayan, cəlbedici geyimlərə üstünlük vermələrini istəyirəm. Onu da bildirim ki, bu il payız-qış aylarında gözoxşayan rənglər trend olacaq”.

Məlumat üçün bildirək ki, Azərbaycanın bir çox məşhurları ilə çalışan modelyer Fikrət Əliyev xarici ölkələrdə də öz geyim kolleksiyalarını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə