Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva “Unuda bilmirəm” tamaşasında səslənən “Sədaqətimdir” adlı mahnını oxuyub. SİA-nın məlumatına görə, aşıq bildirib ki, mahnını ilk dəfə xalq artisti Amaliya Pənahovanın ifasında eşidib:“Bu mahnını bir layihə kimi təqdim edirəm. Düşünürəm ki, maraqla qarşılanacaq”.

Qeyd edək ki, “Sədaqətimdir” adlı bəstənin sözləri İlyas Əfəndiyev, musiqisi Emin Sabitoğlu, aranjimanı Taleh Ağayevindir. Video-roliki videoqraf Rövşən lentə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə