Namiq Qaraçuxurlunu İranda belə qarşıladılar AÇIQLAMA-VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu İranda səhnəyə çıxıb. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "İranda konsert verdim və məni çox gözəl qarşıladılar. Hazırda da İrandayam. Məni Azərbaycandan kənarda belə tanıdan, sevdirən, sənət “pasportum” “Rəvayət”im alqışlarla qarşılandı. Musiqiçilərdən, səhnədən uzaq olduğum üçün səsdə problem oldu. Amma sevgidə heç bir problem olmadı. Allahın mənə hədiyyəsi tamaşaçı sevgisidir. Mənə yaradılan imkandan çalışdım ki, iranlı tamaşaçıları musiqilərimlə xoş anlar yadaım. Konsertimə 3500 və ya 3700 insan daxil ola bildi. Konsertin zalına girə bilməyən insanlardan da üzür istəyirəm. Yenidən bura səfər edəndə onlarla da görüşərəm. Konsertimə təşrif buyuran hər kəsə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə