Natavan-Aygün qalmaqalı yenidən başlayır FOTOLAR

Müğənni Natavan Həbibi "İnstagram"da 2014-cü ildə “Crystal hall” verdiyi konsertinin videosunu yayımlayıb. SİA-nın məlumatına görə, o, bu sözləri yazıb:“ 6 gündən sonra möhtəşəm “Crystal hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq - 27.09.2014. Belə səhnələrin yalnız xaricdə yox, Azərbaycanımızda da olması, incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ili yaradıcılığımda “konsertlər ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır”.

N.Həbibinin bu paylaşımı səs-küyə səbəb olub. Belə ki, izləyiciləri bu gün “Crystal hall”da konserti olacaq xalq artisti Aygün Kazımovaya söz atdığını vurğulayıb.

Natavan paylaşımındakı şərhləri bağlayaraq, növbəti paylaşımı edib: " Öncəki paylaşımımın bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan edərdim. Bu, mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt paylaşmağa haqqım var - 3, 5 və ya 10 il sonra. Zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da onun şəxsi işidir. Hər kəsə yaradıcılığında uğurlar, Allah heç kəsin əziyyətini yerdə qoymasın. Heç bir narahatçılığa və narazılığa səbəb yoxdur. Heç kimin əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, bahalı bə əziyyətli olduğunu bizdən başqa bilən olmaz”.

Bütün xəbərlər Facebook səhifəmizdə