Mətanət toyda sinəsini açdı və tənqid olundu FOTOLAR

Müğənni Mətanət Əsədova əməkdar artist Mətanət İsgəndərlinin qızının toy məclisinə qatılan qonaqlar sırasında yer alıb.

SİA-nın məlumatına görə, toya ağ paltar geyinən Mətanət Əsədova sinə dekoltesi və açıq göbəyi ilə diqqət çəkib.

Müğənninin fotolarını həmkarı Orxan Babazadə də sosial şəbəkədə paylaşıb. İzləyicilər M.Əsədovanın açıq sinəsini tənqid ediblər.

Orxan daha sonra şəkildə şərh yerini bağlayıb. (axşam.az)

Bütün xəbərlər Facebook səhifəmizdə