Afaq Aslan aktrisalıq edəcək: “Seksual müəllimə obrazındayam” FOTOLAR

Azərbaycanlı müğənni Afaq Aslan özünü aktrisa kimi də sınamaq qərarına gəlib. SİA-ya açıqlama verən ifaçı bildirib ki, “Yataqxana” serialında rol alıb: “Mən etdiyim hər bir işdən zövq alıram. Bu təklif gələndə məmnuniyyətlə qəbul etdim. Aktrisalıq da incəsənətin bir qoludur. Rejissoru İlham Yaşaroğlunun olduğu bu serialda mən əsas rolda tələbələrin həsrətlə baxdığı seksual müəllimə obrazını canlandırıram. Mənim olduğum seriyası oktyabrın 1-dən yayımlanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə