Əməkdar artist Elza Seyidcahanın pişiyi Ceyla ölüb. SİA-nın məlumatına görə, müğənni bu haqda "İnstagram" səhifəsində yazıb: “Ceyla bizi tərk etdi. Həyatın qanunudur, hamımız bir gün gəlib, bir gün gedəcəyik. Əsas odur ki, xoş xatirələr qalsın. Ceyla 11 il bizimlə qaldı. Qızım Gülşən ona necə baxdı. Bəlkə bəzi insanlar heç öz valideynlərinə elə qulluq etməzlər. Hamını öpüb qarşılayır, yola salırdı. Əsərlərimi, şeirlərimi hamıdan yaxşı tanıyırdı. Nəvəm Səmərrux ağlayan kimi tez yanına gedirdi, miyoldayıb bizi çağırırdı ki, gəlin. Hələ mən yolda olanda gəlişimi hiss edib, qapıda gözləyərdi. Heyvanların vəfasından danışmaqla bitməz”.

Qeyd edək ki, E.Seyidcahan pişiyinin xərçəng olduğunu demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə