Məşhur amerikalı aktyor 92 yaşında ölüb

Məşhur amerikalı aktyor Harri Din Stenton 92 yaşında vəfat edib. APA-nın məlumatına görə, bu barədə TMZ portalı xəbər verib. Onun Los-Anceles klinikalarının birində vəfat etdiyi bildirilir. Ölümün səbəbləri, hələlik, açıqlanmır.

Harri Din Stenton müxtəlif illərdə "Xaç atası", “İsa Məsihin son tamahı”, “Paris,Texas”, “Özgə” kimi populyar filmlərdə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə