Eldar Qasımov Qazaxıstanda xeyriyyəçilik edəcək VİDEO-FOTO

“Eurovision” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov Qazaxıstanda keçiriləcək xeyriyyə tədbirində xüsusi qonaq qismində çıxış edəcək. SİA-nın məlumatına görə, bu məqsədlə müğənni oktyabrın əvvəlində Qazaxıstana səfər edəcək. Səfər çərçivəsində E.Qasımov oktyabrın 2-də Qazaxıstanın Uralsk şəhərində keçiriləcək III xeyriyyə bal rəqsində qonaq olacaq. Müğənni bu gecədə yalnız qonaq kimi yox, həm də şəhərdə baş tutacaq bir çox xeyriyyə aksiyalarında iştirak edəcək.

Dəvət olunan ulduz qonaqların sayına görə, bu tədbir əvvəlkilərini geridə qoyacaq. Təşkilatçılar bildirir ki, Uralyani regionun və bəlkə də bütün respublikanın mədəniyyət həyatında əsl furor yaradacaq. Tədbir üçün opera balı formatı seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə