“Mələyin öpüşü” filminin qala gecəsində nələr yaşandı? FOTOLAR

Rəqqasə Oksana Rəsulovanın sahibi olduğu “OksiMed” prodakşın tərəfindən lentə alınan “Mələyin öpüşü” filminin Nizami Kino Mərkəzində qala gecəsi baş tutub. SİA-nın məlumatına görə, gecəyə filmin yaradıcı heyəti ilə yanaşı, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və şou-biznesin tanınmış simaları da qatılıb.

Öncə aktyorlar qırmızı xalçaya çıxıb, şəkillər çəkdiriblər. Daha sonra isə onlar zala yollanaraq səhnəyə çıxıblar.

O.Rəsulova çıxış edərək onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib.

İlk dəfə aktyor kimi özünü sınayan Elşad Xose filmin uğur qazanacağına inandığını söyləyib.

Qeyd edək ki, layihənin quruluşçu rejissoru Əskər Əli Hacızadədir. Filmdə xalq artisti Fuad Poladov, əməkdar artist Şamil Süleymanov, aktrisa Münəvvər Əliyeva, müğənni İlhamə Qasımova, aktyor-aparıcı Şəhriyar Əbilov da rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə