Müğənni Natavan Həbibi haqqında şaiyələr dolaşır.

SİA-nın məlumatına görə, ifaçının ana olacağı deyilir. Sənətçi "İnstagram" səhifəsində şəklini paylaşaraq, görünüşünü nümayiş etdirib. O, hamilə olmadığını sübut etməyə çalışıb. Natavan haqqında gəzən dedi-qoduya da cavab verib: "Kimlərinsə qəlbində dəqiqləşdirmək istədiyi suallar varsa, artıq görünüşümdən onu aydınlaşdırar. Müzakirəsini sevmədiyim bu mövzunun yanlış olduğunu bu cür açıqlaya bilərəm. Bu ərəfədə hər kəsin mənə xoş niyyət arzuladığını gördüm. Allah hər kəsə arzuladıqlarının iki qatını versin. İnşAllah, dualarımız Allahın uyğun bildiyi zamanda yerinə yetər”.

Qeyd edək ki, Natavan Həbib reper Dado ilə ailəlidir.

Həmin fotonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə