Damladan daha bir yeni mahnı gəlir AÇIQLAMA

Müğənni Damla yeni mahnı üzərində işləyir. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Yeni bəstə hazırlayıram. Mahnı "Ölənlə ölmək olmaz, əzizim" adlanır. Bəstənin sözləri və musiqisi dəyərli dostum Aydın Saniyə aiddir. Çox gözəl mahnıdır. Bəstəni üzürlü səbəblərə görə tez bir zamanda təqdim edə bilmirəm. Mahnını 1-2 günə dinləyicilərin ixtiyarına verəcəm. Fikrimcə, yeni bəstəm də repertuarımdakı mahnılarım kimi sevilib, dinləyicilər tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə