Natiq Şirinov haqqında gəzən şaiyələrə son qoydu

Bir neçə gündür, mətbuatda əməkdar artist, ritm ustası Natiq Şirinov haqqında informasiyalar yayılır. Belə ki, sənətkarın verilişlərin birində illər əvvəl səhhətində yaranan problemlərdən danışması bir çox saytlarda məsələ səhv təqdim olunub. Əslində isə hadisələr 2004-cü ildə baş verib.

Yaranan anlaşılmazlığı aradan qaldırmaq üçün “Natiq” Ritm qrupunun rəhbəri SİA-ya açıqlama verib: "4 dəfə əməliyyat olunduğum doğru olsa da ancaq bu hadisələr 2004-cü ildə baş verib. Xırda damarlarda tutulmalar yaranmışdı. Amma bu artıq keçmişdə qalıb. Hazırda səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq da müayinələrdən keçirəm. Narahat olunacaq bir səbəb yoxdur. Bir-birinin ardınca konsertlərimiz olur. Bu yaxınlarda Gürcüstanda "One Caucasus" festifalinda və Soçidə səfərdə olmuşuq. Bu xəbərdən sonra mənə görə narahat olan dəyərli xalqıma minnətdarlığımı bildirirəm. Bir daha söyləyirəm səhhətimdə hər şey qaydasındadır. İrəlidə gözəl proyektlər və görəcəyimiz çox işlər var”.

Bütün xəbərlər Facebook səhifəmizdə