Məşhurlar “Retro Bakı” layihəsinin yekun qala konsertində

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin yekun qala konserti 13 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq. SİA-nın məlumatına görə, qala konsertdə əməkdar artistlər Eyyub Yaqubov, Nüşabə Ələsgərli, Elza Seyidcahan, müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Leyla Ramazanlı, Aysel Əlizadə, Roza Zərgərli, Elvin Mirzəzadə, “Kristal” qrupu, Dana Durdana, Lətifə Soyöz və başqa incəsənət nümayəndələrinin iştirakı ilə zəngin konsert proqramı təqdim ediləcək.

Bakı sakinlərini və qonaqlarını rəngarəng konsert proqramını izləməyə dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə