Azərbaycanlı müğənni: "Həyatımın ən pis xəbərini aldım" FOTO

Müğənni Vüqar Muradov şəxsi həyatı haqda hər kəsi kövrəldən paylaşım edib. SİA-nın məlumatına görə, ifaçı anasız keçən illərindən söz açıb: "Anasız keçən 12 il... 12 il bundan öncə həyatımın ən pis xəbərini aldım, mənə anam ölüb dedilər. Bakıdan Qaxa getdiyim 4 saatlıq yol həyatımdan 40 ilimi çaldı. İnsanın anasını səssiz, artıq heç bir zaman sənə baxmayacağını, sənə “balam, oğlum, evim-eşiyim, son beşiyim” deyə bilməyəcəyini düşünmək çox ağır idi. O ağrı ürəyimin başındadır. Orada bir ömür boyu sağalmayacaq yara buraxdı".

Bütün xəbərlər Facebook səhifəmizdə