Məşhurlar Fəvvarələr Meydanında FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə “Retro Bakı” konsertləri baş tutub. SİA-nın məlumatına görə, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Samirə Allahverdiyeva, "Tin uşaqları" qrupu, Sami Oruc, Aysel Əlizadə, Ceyla Əlizadə, Aygül Səfərova, Aynur Əliyeva, Əli Əliyev, Nigar Süleymanova, Fuad Əsədov, Səma Heydərova, Rəşad İsmayıl və Məryəm Babayeva, Dana Durdana, Yaqut Nəriman və “Renessans” qrupunun iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib. Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.

Həmçinin, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin nəzdində yeni yaradılan “Nur” teatrının üzvləri ötən həftə sonu konsertlerdə yenilik edərək, “Uşaqlığın son gecəsi” və “Bir cənub şəhərində” filmlərindən səhnəciklər nümayiş etdiriblər.

Qeyd edək ki, “Retro Bakı” layihəsi çərçivəsində konsertlər hər həftə cümə və şənbə günləri davam edir və sentyabrın 15-də layihənin yekun qala konserti nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə