Xəbər verdiyimiz kimi, “Təhmin və Zaur” adlı kinokomediya çəkilir. SİA-nın məlumatına görə, ekran işinin baş rollarından birini canlandıran aktyor Elcan Rəsulov film üçün imicını dəyişməli olub. O, saçlarını ağ rəngə boyatdırıb.

Aktyor yeni görkəmi üçün tamaşaçılar tərəfgindən qınaq obyektinə çevrilib. Elcan həmin şəxslərə sərt cavab verib: "Bu da saçına rəng qoyur" ifadəsi ilə saçların ağarmasını öz arşını ilə ölçənlər, bu film sənin üçün hesablanmayıb. Sən heç əziyyət çəkib kinoteatra da gəlmə. Bizə kinoya baxıb gülmək istəyənlər kifayətdir. "Təhmin və Zaur" filmi "youtube"da çox gec olacaq. Ona görə elə kinoteatrda baxarsınız".

Qeyd edək ki, filmin rejissoru Zaur Mirzəzadə, quruluşçu operatoru isə Rəşad Qarayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə