Müğənni ilk dəfə bunu etdi AÇIQLAMA

Müğənni Nicat Həsənli bəzi həmkarlarından fərqli olaraq yayın dadını çıxartmağa yox, yaradıcılığında yenilik etməyə üstünlük verib. SİA-ya açıqlama verən sənətçi yeni mahnısının işıq üzü gördüyünü bildirib: "Bu yay mövsümü istirahət etməmişəm. Çünki başım işlərimə qarışıb. Vaxtımın əksəriyyətini səsyazma studiyasında keçirirəm. Hazırda da yeni mahnı yazdırmışam. Bəstə "Yana-yana" adlanır. Mahnının sözləri Leyli Erolun, musiqisi və aranjemanı Zamiq Qasımovundur. İlk dəfədir ki, belə tərzdə mahnı oxuyuram. Ritmik bəstədir. Ümid edirəm ki, yeni mahnım reperturaımda olan bəstələrim kimi dinləyicilər tərəfindən bəyənilib və seviləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə