Elçindən sərt sözlər: "Klonluq etmək aktyorluq deyil" MÜSAHİBƏ

Aktyor Elçin Məmmədlinin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Yaradıcılığınızda hansı yeniliklər var?

-Hazırda "Xüsusi təyinatlı İbad 2" filmində rol almışam. Ekran işi tamaşaçılara oktyabrın sonu, noyabrın əvvəlində təqdim olunacaq.

-Özlərini şəxsi həyatları ilə gündəmə gətirib, qalmaqal yaradan həmkarlarınıza necə baxırsız?

-Bir nçə gün bundan öncə saytınızda aktyor olmayan birinin şəxsi həyatı ilə gündəm olan xəbərini oxudum. Çox təəsüfləndim. Çünki həmin kəs heç aktyor deyil. Sözügedən "həmkar"ıma aktyorluqdan sual versəm çaşıb, qalacaq. Mənim timsalımda olan aktyorlar illərdir universitetlərdə təhsil alıb. Qocaman sənətkarlarla eyni filmlərdə oynamışıq. Özlərinə aktyor adı verib, ortaya düşənlər biz aktyorların adlarına ləkə gətirir. Klonluq etmək aktyorluq deyil.

-Bəs aktyorların el şənliklərində aparıcılıq etmələrinə münasibətiniz necədir?

-Teatrlar aktyorlara maaşlarını qaneedici versə, aktyorun və ya aktrisanın toylarda aparıcılıq etməsinə gərək qalmaz. Hazırda hər kəsin pula ehtiyyacı var. El şənliklərini idarə edən həmkarlarıma münasibətim də normaldır.

-Siz niyə, toylarda aparıcılıq etmirsiniz?

-Çünki el şənliklərində hər cür insan olur. Mən heç kimdən söz götürə bilmərəm. Səbrim yoxdur.

-Aktyorluqla yanaşı, ikinci gəlir yeriniz var?

-Bəli. Yaxşı dostlarım var. Onlarla birgə ticarətlə məşğulam.

Bütün xəbərlər Facebook səhifəmizdə