"Yeşilçam"ın tanınmış aktyoru Seyfettin Karadayı vəfat edib. SİA-nın məlumatına görə, aktyor 94 yaşında dünyasını dəyişib. Mərhum bu gün günorta namazından sonra Yeniköy qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Karadayı 1970-ci ildən bu sənətdə olub. O, karyerası ərzində 750-dən çox filmdə və serialda rol alıb.

loading...