Rusiyanın məşhur müğənnisi Azərbaycanda! FOTO

Rusiyanın məşhur müğənnisi və aparıcısı Olqa Buzova Bakıya gəlib. SİA-nın məlumatına görə, sənətçi hava limanından fotosunu "İnstagram" izləyiciləri ilə paylaşıb. O, şəkilə “Bura necə istidir. Bakı üçün çox darıxmışdım, bu gün festivalda görüşürük” deyə bildirib.

Nəzərinizə çatdıraq ki, Buzovanın gəlişinin səbəbi bu gün keçiriləcək “Jara” festivalında iştirak etməkdir.

Qeyd edək ki, müğənni-bəstəkar Emin Ağalarovun təşkil etdiyi “Jara” mahnı festivalı iyulun 30-na kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə