Azərbaycanlı müğənni ailəsi ilə Məşhəd ziyarətində

Müğənni Kərim Abbasov ailəsi ilə birgə Məşhəd ziyarətinə yollanıb. SİA-nın ifaçı oğlunun 10 ayını ziyarətdə qeyd edib. Bu haqda özü xəbər verib: "10 ayın mübarək, Məşhədi Yusif. Mənə nəsib etdiyi gözəl ailəyə görə şükür Allahımın böyüklüyünə. Xoşbəxtəm. Xoşbəxtəm ki, məni pis, yaxşı cəhətlərimə görə sevən və başa düşən, hər zaman dəstək olan, başımı uca edən qeyrətli, namuslu xanımım var. Xoşbəxtəm ki, arzularımı hər zaman həyat keçirən Allahım var. Allahım, mən sənin günahkar bəndən. Səndən yerdən göyə qədər razıyam. Şükür edib sənə sığınıram. Ey pənahım, təvəkkülüm Allahım, məni bağışla".

Qeyd edək ki, Təranə adlı xanımla ailə quran K.Abbasovun Səid və Yusif adlı oğulları var.

Bütün xəbərlər Facebook səhifəmizdə