Bodrumda olan yerli məşhurlarımız Türkiyədəki zəlzələdən danışdı FOTOLAR-VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, müğənni Ayan Babakişiyeva və aparıcı-aktyor İlkin Həsəni də hazırda Bodrumda istirahətdədir. Onlar hadisə yerindən görüntülər paylaşıblar.

Çox qorxduğunu yazan Ayan bütün gecəni küçədə keçirdiklərini bildirib: “Həyatımda ilk dəfə bu qədər güclü zəlzələ gördüm. Qurban olum Allaha. Bu nədir belə arxa-arxaya. Hələ də davam edir. Bütün millət küçədədir”.

İ.Həsəni də küçədən fotolar paylaşaraq bunları vurğulayıb: “Ekstrim istirahətimiz davam edir. Rəsmən 2000-ci ildə baş verən Bakı zəlzələsinin həyəcanını yaşadıq. 6.8 bal, nə bal. Bütün otel həyətdədir. Salamatçılıqdır, dağıntı və tələfat yoxdur”.

Müğənni İradə İbrahimova da hadisə zamanı orada olduğunu bildirib: “Səhər marketdə qarşılaşdığım mənzərə. Dəhşətli bir gecə yaşadıq. Demək ki, daha yaşanacaq günlərimiz var. Allah betərindən qorusun”.

Bütün xəbərlər Facebook səhifəmizdə