Ayseli bu verilişdə də görəcəksiniz VİDEO-FOTOLAR

Aparıcı Aysel Nazim daha bir layihə üzərində çalışır. SİA-ya açıqlama verən teleaparıcı təklifin "Space" telekanalının rəhbərliyindən gəldiyini bildirib:"Hazırda "Space"də "İdman hamı üçün" və hava proqnozunu aparıram. Rəhbərlik məndə olan tükənməz enerjini görüb daha bir verilişi təklif etdi. Yeni verilişimizin adı "Kokteyl Aysel Nazim ilə" adlanır. Teleməkanın yeni maqazin verilişi olacaq".

Aysel Nazim bu veriliş ilə şou biznesdə səs-küy yaradacığını açıqlayıb:"Tamaşaçıların sevimli və gözlədiyi bir proqram hazırlayacağımıza söz verirəm. Verilişdə yerli və xariçi şou biznes xəbərləri yer alacaq. Çəkilişlər təkcə Bakıda deyil, həm də Türkiyədə olacaq. Türk şou biznesindən eksklüziv müsahibələr, özəl reportajlar olacaq".

Qeyd edək kj, hazırda anonsları nümayiş olunam veriliş, avqust ayından efirə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə