Qəzaya düşən Şəbnəm Tovuzlunun vəziyyəti ilə bağlı Açıqlama

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda ağır avtomobil qəzası keçirib. SİA-nın məlumatına görə, şok vəziyyətində olan müğənni reanimasiyaya yerləşdirilib.

İfaçının prodüseri və sürücüsü də avtomobildə olduğu üçün hazırda xəstəxanadadırlar.
Şəbnəmin telefonuna cavab verən və xalası olduğunu bildirən xanım onun səhhəti ilə bağlı sualları cavablandırıb: “Hazırda xəstəxanadadılar. Həyat yoldaşı Hacı da buradadır. Həkimlər Şəbnəmi şok vəziyyətindən çıxara biliblər. Vəziyyəti yaxşılığa doğru gedir”.

Qeyd edək ki, hadisə bu gecə sənətçi Gəncədən Bakıya qayıdarkən baş verib. Qəflətən qarşılarına çıxan "VAZ 07" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

loading...