Ağır xəstə olan Könül Xasıyeva toyda oxudu FOTO-VİDEO

Xalq artisti Könül Xasıyeva ötən gün toy məclislərinin birində fotokameralara tuş gəlib. SİA-nın məlumatına görə, yeriməkdə çətinlik çəkən Könül Xasıyeva üçün səhnəyə stul qoyulub və o, əyləşdiyi yerdən oxuyub.

İfaçısı el şənliyində bir sıra mahnılar səsləndirərək qonaqları feyziyab edib.

Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əzyyət çəkir və hazırda xəstəxanada müalicə alır. Aparıcı Hacı Nuran Hüseynovun "Həyat" xeyriyyə fondu muğam ifaçısının müalicəsinə dəstək olur. (axşam.az)

Bütün xəbərlər Facebook səhifəmizdə