Rafet El Roman və Ezonun konserti necə keçdi? FOTO

Türkiyənin tanınmış müğənnisi Rafet El Romanın “Romantik yay axşamı” adlı konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək Nanə Ağamalıyevaya həvalə olunub. Rafet sevənlərini 1 saat gözlədib. Müğənni ən sevilən mahnılarını ifa etdikdən sonra  səhnəyə azərbaycanlı duet ortağı Ezonu dəvət edib. Daha sonra birgə “Kalbinə sürgün” adlı duetlərini  ifa ediblər. Konsert zalda əyləşən tamaşaçıların alqışları ilə yekunlaşıb.

Qeyd edək ki, gecədə  özəl qonaq kimi xalq artisti Aygün Kazımova olmalı idi. Ancaq xanım Kazımova türkiyəli müğənninin gözünü yolda qoyaraq, konsertə gəlməyib.

Ceyran Əsgərova
lale
00:03 09.08.2013

cox gozeldi onsuzda rafet engozeldi

Şərh yaz