Goranboylular bələdiyyə seçkilərinə qələbə əzmi ilə gedirlər SEÇKİLƏR + FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının qərargah üzvləri 23 dekabr 2019-cu il bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyanın rayon təşkilatından SİA-ya daxil olan məlumatına görə, növbəti təbliğat-təşviqat kampaniyası rayonun Faxralı, Alpoyt və Quşçular kəndində keçirilib.

YAP Goranboy rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova kampaniya çərçivəsində keçirilən tədbirdə bələdiyyə seçkiləri ilə bağlı geniş məlumat verərək qeyd edib ki, müstəqilliyimizin ilk illərində bələdiyyələrin yaradılması Azərbaycan üçün ümdə məsələlərdən biri olub. “Müstəqil və ümumxalq səsverməsi nəticəsində qəbul edilən ölkə Konstitusiyasının tərkibində yerli özünü idarəetmə orqanı kimi çıxış edən bələdiyyələrə geniş yer verildi”, deyə qeyd edən YAP Goranboy rayon təşkilatının aparat rəhbəri keçirilən bütün bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin uğurlu nəticələr əldə etdiyini xatırladıb: “Keçən dövr ərzində bələdiyyələrə marağın artması artıq əvvəlki seçkilərə nisbətən 5-ci bələdiyyə seçkilərində namizədlərin çox olması ilə fərqlənir. Bələdiyyələr yerli bir bələdiyyə qurumu olaraq, artıq yerli əhali ilə və hakimiyyət arasındakı əlaqədə vacib bir faktora çevrilib”.

Natiq sonda əminliklə bildirib ki , seçicilər YAP tərəfindən irəli sürülmüş bələdiyyə namizədlərə səs verərək növbəti qələbəyə imza atacaqlar.

9 nəfər Faxralı bələdiyyə namizədləri adından cıxış edən Sevda Vəliyeva bələdiyyələrin 5 il ərzində ərazidə gördükləri işdən danışaraq qeyd edib ki, bələdiyyə üzvləri ilə birgə 11 km kəndarası yollar təmir olunub, küçələrə və 180 evə su çəkilib, imkansız ailələrə hər il maddi yardımlar edilib.

“11 nəfərdən ibarət Qadın inkişaf qrupu yaradılıb və fəaliyyət göstərir”, deyən S.Vəliyeva kənddə İcma mərkəzinin fəaliyyət göstərdiyini də bildirib: “İcmanın köməyi ilə Qurbanzadə kəndində 80 yerlik 9 illi məktəb binası tikilib şagirdlərin istifadəsinə verilib. Seçicilərimiz yenidən bizə etimad göstərərsə yarımçıq qalan işlərimizi davam etdirərək yeni iş yerlərinin yaradılmasında dövlətimizə dəstək olacaq, seçicilərin etimadını doğruldacağıq”.

Tədbirdə təbliğat qrupunun üzvü Şahin Allahverdiyev bələdiyyə seçkiləri ilə əlaqədar geniş məlumat verərək, 23 dekabrda seçki məntəqələrinə gələrək YAP tərəfindən namizədlikləri irəli sürülmüş namizədlərə səs verməyə çağırıb.

Alpout kənd bələdiyyəsi adından Muraz Abdullayev və Novruz Bayramov çıxış edərək, onlara göztərilən diqqət və etimada görə öz minnətdarlıqlarını bildiriblər. Kənd ziyalısı Cavanşir İmamquluyev qeyd edib ki, bu seçkidə gənclərimizə geniş yer verilib. “Biz əminik ki, onlara göstərilən etimada öz fəaliyyətləri ilə doğruldacaqlar. Biz bu seçkidə fəal iştirak edəcəyik”, çıxışçılar vurğulayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə