“Uğursuzluq bundan sonra da müxalifəti izləyəcək” RƏY - ÖZƏL

"Hər bir ölkədə müxalifət var. Normal müxalifətçiliyin özünün də normal davranış qaydaları var və o qaydalara əməl edilməlidir". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bizim müxalifətin və “Milli Şura” daxil olmaqla həmişə adlarının qarşısında epitet radikal müxalifət dağıdıcı bir qüvvə kimi çıxış edirlər: "Demək olar ki, adları çəkilən bu qüvvələrin bu cür hərəkətləri zaman-zaman olub. ona görə də, onların imici bu cür formalaşıb ki, onların qarşısına bir radikal sözü artırılıb. Bir sözlə, bunlar radikal müxalifətdir, dağıdıcı müxalifətdir və hər şeyə də dağıdıcı yanaşırlar. Adları çəkilən qüvvələrin indi atdığı addımlar da onların xarakterinə uyğun gəlir. Bir sözlə, normal müxalifət seçkiyə getməlidir, seçkidə xalqın dəstəyini qazanmalıdır. Amma adları çəkilən şəxslər çox gözəl bilirlər ki, xalq tərəfindən dəstəkləri yoxdur. Ona görə də, vəziyyətdən çıxmaq, özlərini reklam etmək üçün bu cür radikal addımlara əl atırlar ki, bu da əslində yolverilməzdir. Çünki xalq onların kim olduğunu çox gözəl bilir və son nəticədə də bir daha onlar öz kimliklərini təsdiqləmiş olacaqlar. Ümumiyyətlə, bu günə qədər ölkədə keçirilən bütün seçkiləri radikal müxalifət təmsilçiləri uduza-uduza gəliblər. Bu amil, yəni uğursuzluq bundan sonrada müxalifəti izləyəcək".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə