Vitali Balasanyan Nikol Paşinyanı nədə ittiham etdi? ANALİTİK

İşağlçılar: “Ermənilər Qarabağı itirəcəklər”

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi və s. cəhətlərdən reytinqinin sürətlə aşağı enməsində Qarabağ ermənilərinin də rolu az deyil. Belə ki, uzun illərə söykənən və Yerevan-Qarabağ erməniləri qarşıdurması kimi bilinən davaların növbəti mərhələyə keçid alması da sirr deyil.

Bu arada, Qarabağ ermənilərinin “qəhrəman” adlandırdıqları, o cümlədən, qondarma “DQR”də “prezidentlik” iddiasına düşən erməni qaniçəni Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı yeni hücuma start verib. SİA xəbər verir ki, bu barədə aysor.am saytı yazır və Balasanyanın Qarabağın təhlükədə olması iddiasını şərh edir. Daha dəqiq desək, Balasanyanın Paşinyanın dedikləri ifadələrinin heç birinin üst-üstə düşmədiyini deməsi onun digər bəyanatı ilə yadda qalıb.

Erməni siyasətçi: “Paşinyanın fikirləri faktiki olaraq Azərbaycanın milli və dövlətçilik maraqlarına xidmət edir”

SİTAT: “Ermənistanda 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra baş nazir vəzifəsinə yiyələnmiş Nikol Paşinyan Qarabağ münaqişəsinin həlli istiqamətində bir-birinə uyğun gəlməyən fikirlər səsləndirir”. “Əsasən, “Artsax” (R.R.- red.) münaqişənin həlli istiqamətindəki danışıqlarda iştirak etməlidir, “Artsax Ermənistandır və nöqtə”, “Artsax” münaqişəsinin həlli Azərbaycan xalqı üçün də qəbuledilən olmalıdır” kimi bəyanatların səslənədirlməsi özündə ciddilik daşımır”, deyən Balasanyan hətta əlavə edib ki, Paşinyanın fikirləri faktiki olaraq Azərbaycanın milli və dövlətçilik maraqlarına xidmət edir.

V.Balasanyan Qarabağ münaqişəsinin həlli ilə bağlı parlament müzakirələrində qurumun xarici əlaqələr daimi komissiyasının sədr müavini, hakimiyyətə bağlı “Mənim addımım” fraksiyasından olan deputat Ovannes İgityanın da Paşinyanın danışıqlarda Azərbaycanın Qarabağ icmasının iştirakının mümkünlüyü barədə fikirlərini də əsas gətirib və qeyd edib ki, “Artsax” hakimiyyəti dəfələrlə ATƏT-in Minsk qrupunun və Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirak etməsinə qarşı fikirlərini bəyan edib. Balasanyan bunun baş verəcəyi halda, “Artsax”ın “yarandığı” vaxtan hazırkı dövrə qədər mövcudluğunu itirmək təhlükəsi yaşayacağını da istisna etməyib.

Günlər keçdikcə, qələbə Azərbaycana daha çox yaxınlaşır

Lakin burada nəzərə çarpan daha bir maraqlı amil budur ki, özlərini “respublika” adlandıran erməni separatçıları və işğalçıları əslində gec, ya da tez uduzacaqlarının, bu dəfə daha ağır məğlubiyyət yaşayacaqlarının fərqinə varmağa başlayıblar. O cümlədən, istər Nikol Paşinyanın, istərsə də ayrı-ayrı digər erməni siyasətçilərinin hər hansı fikirlərindən asılı olmayaraq, işğal altındakı torpaqlarımız qeyd-şərtsiz düşmən tapdağından azad olunacaq və həmin gün də uzaqda deyil. Görünür, bu səbəbdən nala-mıxa vurmaqla, bir-birlərini qıran Yerevan və Qarabağ erməniləri son anda daha da azğınlaşır, məğlubiyyət reallıqlarını bir-birlərinin üzərinə atmaqla necə deyərlər, özlərini sığortalamağa cəhdlər göstərirlər. mma bu və s. cəhdlərin heç biri onların istədikləri nəticələri verməyəcək. Günlər keçdikcə, qələbə Azərbaycana daha çox yaxınlaşır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə