Suda boğulan Əli Kərimli saman çöpünə əl atır

Son günlər Əli Kərimli və ətrafının seçkiləri boykot qərarı onların tək qalmağına səbəb olub. Belə ki, digər müxalifət partiyalarının böyük əksəriyyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq qərarı verib.

Hadisələri şərh edən politoloq Tural İsmayılov qeyd edir ki, Əli Kərimli boykot qərarı ilə bəlkə də gözləmədiyi bir etirazla üzləşdi: “Əli Kərimli və Milli Şura ən azından hesab edirdi ki, REAL seçkilərə getsə də, heç olmasa Müsavat onları tək qoymayacaq və seçkini boykot edəcək. Belə olan formada Əli Kərimli siyasi gündəmdə təkləndiyinin fərqinə vardı və nəhayətdə müxtəlif mövzuları ətrafında süni qalmaqal və siyasi manipulyasiya aparmağa cəhd edir. AXCP sədri Əli Kərimlinin Oqtay Güləliyev üzərindən apardığı pultoplama kampaniyası da siyasi obrazı yenidən dirçəltmək cəhdlərindən başqa bir şey deyil. Çünki ilk gündən Oqtay Güləliyevin müalicəsinin xərclərini üzərinə götürən Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu Türkiyədə baş-beyin zədələnməsi sahəsində ən tanınmış həkimlərdən biri olan İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer Bakıya dəvət etdi, onun məsləhəti ilə Oqtay Güləliyev Türkiyədə İstanbul Avrasiya xəstəxanasına yerləşdirildi. Sonradan isə ailə üzvlərinin istəyi ilə Amerikan Xəstəxanasına köçürüldü. Bu xəstəxanadakı qiymətlər isə İsrail, Almaniya xəstəxanalarındakı qiymətlərdən fərqlənmir. Və hər 10 gündən bir xəstəxanadan verilmiş arayışlar əsasında Oqtay Güləliyevin müalicəsi ilə əlaqədar yeni qərarlar verilir, maliyyə ayrılır. Müxalifətin radikal qanadı siyasi tükənmişliklərini müxtəlif vasitələrlə ört-basdır etdməyə cəhdlər edir.”

Tural İsmayılov qeyd edib ki, onların demokratiyadan danışma cəhdləri də artıq heç kimi inandırmır: “Elementar siyasi bilgisi olan adam bilir ki, demokratiya sadəcə qaralamaq və qışqırmaq deyil. Ölkədə baş verən hər hadisəni siyasiləşdirmək az sayılı insanları da siyasi radikalizmdən soyudur. Bakı şəhərində ehtiyatsızlıq ucbatından ticarət mərkəzlərində, bazarlarda yanğın hadisələri baş verdi. O, Facebook səhifəsində status paylaşmaqla dövlət qurumlarını günahkar kimi göstərmək və bundan siyasi xal qazanmaq istəyib. Onun bu statusunu trollar da həvəslə paylaşıb. Bu adam nə qədər siyasi reallıqdan uzaq qalıb ki, heç bir ölkənin sığortalanmadığı hadisələri Suriya ilə müqayisə edir. Halbuki, unudur ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə güclü yanğınlar baş verir. Amma həmin ölkələrin müxalifəti yanğın hadisələrini, insanların ağır vəziyyətini siyasi oyunlarının alətinə çevirmirlər. 2018-2019-cu illərdə dünyanın bir sıra ölkələrində yanğınlar baş verib və ABŞ-da, Rusiyada, Çində baş verən yanğınlar təəssüf ki insan tələfatı ilə müşahidə olunub. İndi təsəvvür etmək olarmı ki, dünyanın hansısa ölkəsində yanğından siyasi xal qazanılmağa çalışılsın?”.

Ekspert qeyd edib ki, insanlar seçki məsələsinə fokuslanıb və "Milli Şura" cəmiyyətdə heç bir təsəvvür oyatmır.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə