Bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərə bildirişlərin paylanması başa çatıb

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması başa çatıb. SİA-nın verdiyi məlumata görə, bildirişlərin seçicilərə paylanması “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndinə əsasən səsvermə gününə 7 gün qalanadək davam edir və dekabrın 16-dək yekunlaşır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə