Ermənistan Milli Məclisinin sədri ölkədə olan korrupsiyanı etiraf edir

Ararat Mirzoyan Ermənistanda Korrupsiyanın Qarşısının Alınması üzrə Komissiya üzvlərini qəbul edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, bu gün Milli Məclisin sədri Ararat Mirzoyan Korrupsiyanın qarşısının alınması üzrə Komissiyanın sədri Aykut Arutyunyan və komissiya üzvlərini qəbul edib. Parlamentin sədri yeni yaradılan quruma uğurlu iş arzulayıb.
Tərəflər antikorrupsiya qurumunun işi və bu sahədə mümkün qanunvericilik islahatları barədə danışıblar.
Əslində, Milli Məclis sədrinin Korrupsiyanın qarşısının alınması üzrə belə bir Komissiyanın sədrini və üzvlərini qəbul etməsi, onlarla müzakirələr aparması, işlərinə uğurlar arzulaması Ararat Mirzoyanın Ermənistanda korrupsiya olmasının etirafıdır. Bir sözlə, komissiyanın yaradılmasına, fəliyyətinə uğurlar arzulayan Ararat Mirzoyan Ermənistanda olan korrupsiyanı etiraf edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə