İrəvan metrosunda milyardlarla maliyyə yeyintisi aşkarlanıb

İrəvan metrosunda milyardlarla dəyərində sui-istifadə halları aşkarlanıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Nəzarət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Ermənistanın Dövlət Nəzarət Xidməti İrəvan metrosunda Karen Dəmirçyandan sonra 1,2 milyard dram, yəni 2.52 milyon dollar dəyərində qanunsuzluqlar aşkarlayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu vəsaitlə yeni müasir vaqonların alınması mümkün olduqda, ömrü bitmiş vaqonların bərpası üçün daim xərclər çəkilib və vəsaitlər mənimsənilib. Xüsusilə, 1980-ci illərdə istehsal olunan vaqonların bərpasına təxminən 8,5 milyard dram, yəni 17.9 milyon dollar xərclənib, hansı ki, onların istifadə müddəti 2011-ci ildən 2018-ci ilə qədər başa çatıb.
Martın sonunda Ermənistan mediası Milli Təhlükəsizlik Xidmətinin İrəvan metrosunda geniş yoxlamalar apardığını, nəticədə ciddi sui-istifadə hallarının aşkarlandığını, xüsusən metronun uzun illərdir ki, böyük dövlət subsidiyaları alaraq ciddi itkilər verdiyini bildirib.
Bundan bir ay sonra, İrəvan Metrosunun uzun müddət direktoru olmuş Pailak Yayloyan öz istəyi ilə istefa məktubu yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə