"Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir"

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC kanalına verdiyi müsahibəsi ilə əlaqədar “Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda münaqişənin tənzimlənməsi ilə bağlı hər hansı sənəd müzakirə olunmur” açıqlaması verib.

AZƏRTAC xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: “Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir. Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır Azərbaycanın Xarici İşlər naziri və həmsədrlərlə görüşlərə çay içməyə gəlir. Bu, ən azından qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan Xarici İşlər naziri ölkədaxili mənfi reaksiyadan çox qorxur, çünki ondan da nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə