““Boykot” qərarı AXCP və “Milli Şura”ya böyük problem yaradacaq” RƏY-ÖZƏL

"AXCP və “Milli Şura”nın parlament seçkilərinin “boykot” etməsi məsələsi xaricidən verilən tapşırıq oldu olmadı bu ağıllı qərar deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bütövlükdə partiya seçkidə iştirak etmək üçündür: "İnandırıcı görünmür ki, xaricidən də belə ağılsız qərar versinlər ki, seçkilərdə iştirak etməyin. Əksinə partiya seçkidə iştirak edib, həm təşkilatını gücləndirər, həm də öz təbliğatını aparar. Bunlar nə istəyirlər? Öz təbliğatlarını aparmaqdan niyə imtina edirlər? Onların boykot qərarları sağlam mühakimə ilə həyata keçirilmədiyinin bir göstəricisidir. Yəni reallığı anlamamaqdan irəli gələn bir addımdır. Ona görə də, bu addımlar təbii ki, cəmiyyət tərəfindən də müsbət qarşılanmır. “Boykot” qərarı AXCP və “Milli Şura”ya böyük problem yaradacaq. Çünki partiya olaraq onlar passiv bir yol tutublar, siyasi mübarizədən imtina edilər. Ona görə də, bu qınanılası bir qərardır, partiya olan seçkidə aktiv iştirak edər və müxalif mövqeyini cəmiyyətə çatdırar, özünün də təbliğatını aparmaq fürsətini əldə edər. Ümumiyyətlə, ölkədə seçkilər keçirilən zaman radikal qüvvələrin bu cür hərəkətlərə əl atması gücsüzlükdən irəli gəlir. Bu həm də, onlara seçkilərə hazırlıqsız olmalarını göstərərir. Amma bu cür bəyanatların mənası yoxdur. Yəni hər an seçkiyə hazır olmalısan və bu proseslərə qatılmalısan. Ona görə də, onların yanaşmasının ciddi əsası yoxdur və bu çəkingənlik əslində onların partiya və siyasi qüvvə kimi cəmiyyətin yaddaşından silməyə yönləndirir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə