"Aİ-Azərbaycan sazişi Ermənistanın mövqeyini zəiflədəcək" RƏY-ÖZƏL

“Avropa İttifaqı ilə Azərbayacan arasında ikitərəfli çərçivə sazişinin imzalanması istiqamətində danışıqlar bu il ərzində müsbət həll edilmədi. Yeni sazişin apreldən sonra imzalanacağı mümkündür”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, çünki, ölkədə keçirilən seçkilərdən sonra saziş üzrə müqavilədə nəzərdə tutulan bəndlərin yerinə yetirlməsi istiqamətində atılacaq addımlar əks-effekt verməyəcək.

Politoloqun fikrincə, Ümumdünya Ticarət Təşkilatına üzvülük, iqtisadi rəqabətliliyin təmin edilməsi, məhkəmə-hüquq sahəsində islahatlara başlanılması növbəti mərhələdə gözlənilir.

M. Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı ilə bu saziş üzrə öhdəliklərə əməl edilməsi Azərbaycanın imkanlarını genişləndirəcək və Rusiya qarşısında manevr imkanlarını artıra bilər: “Həmçinin Avropanın regiona strateji yanaşmasında Azərbaycan önəmini artıracaq ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində aparılan danışıqlarda Ermənistanın mövqeyinin zəiflədilməsi deməkdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə