Saxtakarlıq əməllərinə görə daha bir erməninin evində axtarışlara başlanılıb

Xüsusi təyinatlılar Ermənistan Futbol Federasiyasının sabiq rəhbərinin evində axtarış aparırlar. SİA Ermənistana məxsus rusarmionfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan polisinin xüsusi təyinatlı qüvvələri Ermənistan Futbol Federasiyasının keçmiş rəhbəri, iş adamı Ruben Ayrapetyana məxsus evdə və müxtəlif əşyalarda axtarışlar aparır.

Məlumatda qeyd olunur ki, polisdən verilən məlumata görə, Ermənistan Polisi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (6-cı bölmə adlandırılan) əməkdaşları cinayət işi çərçivəsində axtarışa başlayıblar.
Bundan əvvəl Ermənistan mediası Ayrapetyanın 2012-2018-ci illərdə tabeçiliyində olan bir sıra şəhərlərdə futbol stadionlarının və idman məktəblərinin inşası və təmirini təşkil etdiyini də yazmışdı və bu yazılarda bildirilirdi ki, tikinti zamanı Ayrapetyan saxta aktlar təqdim edib və bununla da xüsusilə külli miqdarda vəsait mənimsəyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə