YAP 126 səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə hazırdır, sadəcə olaraq namizədlər irəli sürüldükdən sonra digər proseslərə başlanılacaq. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, YAP 126 nəfər səlahiyyətli nümayəndə və bir nəfər maliyyə məsələləri üzrə nümayəndənin adını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib: “MSK artıq bunu təsdiq edb. Yalnız partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb. Bununla bağlı işlər aparılır, proses gedir və bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik və siyahını da Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

İcra katibi əlavə edib ki, Yeni Azərbaycan Partiyasının kifayət qədər potensialı və seçki təcrübəsi var: “Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə