Nazirlər Kabinetində aparılan islahatlar hazırda da davam edir. SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Aparat rəhbərinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, islahatların ümumilikdə bütün ölkədə aparıldığını söyləyib: "Məlumdur ki, ölkəmizdə islahatlar gedir. Bununla əlaqədar Nazirlər Kabinetində də islahatlar aparılır və struktur dəyişikliyi edilib. Proses hazırda davam edir".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə