“Müxaliflərin qurduqları iş xırda intriqalardan uzağa getmir” RƏY-ÖZƏL

"Müsavat seçkilərə qatılmaq, AXCP isə boykot çağırışı ilə çıxış etməsində təəccüblü bir şey yoxdur, çünki zaman-zaman belə olub". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, müxalifət düşərgəsini təmsil edən bu şəxslər 26 ildir ki, müxalifətdədirlər və bu 26 il ərzində nə qədər seçki keçirilibsə həmişə anormal mövqe ortaya qoyublar: "Guya bununla hər iki tərəfi əldə saxlamağa çalışırlar, Guya bir qismi boykotçu müxalifət rolunu oynayır, bir qismi isə seçkiyə gedən müxalifət rolunu oynayır, bu vasitə ilə müxalif düşərgəni əldə saxlamaq istəyirlər. Amma bu mümkün olan şey deyil. Çünki adları çəkilən şəxslər bu 26 il müddətində kifayət qədər müxtəlif taktikalardan istifadə ediblər, oyunlar qurublar, amma hər dəfə də məğlubiyyətlə qarşılaşıblar. Müxaliflərin qurduqları iş xırda intriqalardan uzağa getmir və xalqın tələblərinə yox özlərinin düşüncələrinə əsaslanırlar. Bir sözlə, onlar həmişə belə xırda-para oyunlar qurmaqla sadəcə gündəmdə qalmağa cəhd göstərirlər. Reallıqda onların nə boykotları nə də seçkilərə qatılmaları nəticə verməyəcək. Çünki onların xalq arasında sosial bazaları yoxdur. Sadəcə olaraq, gündəmdə qalmaq üçün bu cür oyunlar oynayırlar və artıq xalqda onların bu cür oyunlarına 26 ildir ki, ironiya ilə baxır. Qaldı ki, onların öz aralarında qarşıdurmasına bu da yeni bir məsələ deyil, Onlar hakimiyyətdə olanda da belə olublar, müxalifətdə olanda da belə davranıblar və belə davrandıqlarına görə də heç vaxt xalq arasında sosial baza toplaya bilməyiblər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə