Elmar Məmmədyarov Latviyaya rəsmi səfərə gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın paytaxtı Riqaya rəsmi səfərlə yola düşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun Latviyanın yüksək vəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə