Ermənistanın Dövlət Nəzarət Xidməti Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Su Ehtiyatları Komitəsi nəzdindəki “Jrar” Qapalı Səhmdar Cəmiyyətində qanun pozuntuları və nöqsanlar aşkar edib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumta istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, yoxlamalar 2014-cü ildən 2018-ci ilə qədər olan dövrü əhatə edib. Onlar 2,1 milyard dramdan (4.42 milyon dollar) artıq miqdarda pozuntular və nöqsanları aşkar etdilər.
Əsassız, təyinatı və izahı olmayan xərclər yaz mövsümünə hazırlıq işləri çərçivəsində aşkarlanıb. Lakin işçilərin əmək haqqı ödənilməyib, su və elektrik xərcləri belə nəzərə alınmayıb. Maliyyə pozuntuları, mənimsəmələr və oğurluqlar aşkar edilib ki, bunun da miqdarı milyardlarla ölçülür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə