Qarşılıqlı təhqir Ermənistana yaxşı heç nə vəd etmir

Qarşılıqlı təhqir və həddən artıq alçaldılma yaxşı bir nəticəyə səbəb olmayacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu bu keçirilən brifinqdə “Çiçəklənən Ermənistan” partiyasının deputatı İveta Tonoyan deyib.

Məlumata görə, o qeyd edib ki, “Çiçəklənən Ermənistan” Bratislavada aparılan danışıqlardan, bu məlumatın müvafiq orqanlara nə dərəcədə çatdırıldığından xəbərdardır.

“Təbii ki, gələcəkdə Xarici İşlər Nazirliyindəki həmkarlarımızla müzakirə etmək imkanımız olacaq suallarımız var. Yalnız bundan sonra hərtərəfli qiymətləndirmə verə biləcəyik", deyə İveta Tonoyan bildirib.

Parlamentin fəaliyyətinə toxunan İveta Tonoyan qeyd edib ki, qarşılıqlı təhqir, həddən artıq alçaldılmalar heç bir yaxşı nəticəyə səbəb olmayacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə