Dövlət Komitəsinin sədri Qətər səfiri ilə görüşüb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı dekabrın 11-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Dövlət Komitəsinin sədri səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, diplomata ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb, Azərbaycan-Qətər arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin önəminə toxunub.

Həmçinin Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa geniş məlumat verərək, dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi üzrə ölkəmizdə son illər görülmüş işlərdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini icmalara hərtərəfli dəstək verilir. Azərbaycan dövləti bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz dillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Ölkəmizdə dövlət dəstəyi ilə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr tikilir. Komitə sədri vurğulayıb ki, Azərbaycanda tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılmasının prioritet olması, tolerantlıq, multikulturalizm ideyalarına sadiqliyimiz, nəticə etibarilə Azərbaycanın beynəlxalq miqyasda nümunəvi məkana çevrilməsini şərtləndirir.

Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ötən ay ölkəmizdə keçirilən Dünya dini liderlərinin II Sammitinin önəminə toxunaraq Azərbaycanın bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkə kimi tanındığını vurğulayıb. Dost xalqların oxşar dəyərlərə sahib olduğunu bildirən səfir ölkələrimizdə multikultural və tolerant ənənələrin, harmonik münasibətlərin mövcud olduğunu bildirib.

Dini sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Azərbaycanda müxtəlif dini icmalar, o cümlədən müsəlman icmalar arasında pozitiv, yüksək qiymətləndirdiyini bildirib və bunun böyük dəyər olduğunu xüsusi vurğulayıb.

Qətər səfiri Azərbaycan xalqının milli-mənəvi, dini dəyərlərinə sadiq olduğunu, ölkəmizdə hökm sürən tolerant və multikultural mühitdən məmnunluğunu bildirib. Azərbaycan və Qətər arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Qətər və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir münasibətlərin daha da dərinləşdiyini vurğulayıb.

Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir qeyd edib ki, Qətər ölkəmizin ərazi bütövlüyünü tanıyır, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində daim Azərbaycanın haqq işini dəstəkləyir.

Qeyd edək ki, görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qoşulmama Hərəkatının Sammitində iştirak etmək, dini liderlərin Sammitini isə izləmək fürsəti mənə nəsib olmuşdur. Zati-aliləri, bu iki sammitin uğurlu keçirilməsi münasibətilə Sizi, hökumətinizi və xalqınızı təbrik edirik. Bu, bizdə belə bir təəssürat yaradır ki, Azərbaycan dünya xəritəsində öz çəkisinə malik olan ölkələrdəndir, düzgün istiqamətdədir və müxtəlif tədbirlərin keçirilməsi üçün ev sahibi kimi çıxış edir. Bu da Azərbaycan üçün siyasi vasitədir. Əlbəttə ki, bizim çox mükəmməl münasibətlərimiz var. Mənə şəxsən bu münasibətlərin bütün istiqamətlərdə inkişafı üçün gərgin çalışmaq təlimatı verilmişdir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə