Ermənistan Konstitusiyası futbol topu statusunda

Konstitusiya Məhkəməsini futbol topu statusunda görmək istəmirik. SİA Ermənistrana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə çiçəklənən Ermənistan partiyasının deputatı Qevork Petrosyan bu gün keçirdiyi brifinqdə bildirib.

Məlumatda bildirilir ki, sözügedən partiyanın deputatı Konstitusiya Məhkəməsi hakimlərinin vaxtından əvvəl istefasının siyasi bir məsələ olduğunu söyləyən hakimiyyətin özü-özünü ifşa etdiyini bəyan edib.
“Biz fərdlər üçün yox, Konstitusiya Məhkəməsi üçün mübarizə aparırıq. Konstitusiya Məhkəməsini futbol topu statusunda görmək istəmirik. Əminik ki, Konstitusiya Məhkəməsinin bu tərkibi səlahiyyətlərə uyğun deyil, buna görə də Konstitusiya Məhkəməsini təvazökar, həlim hakimlərlə doldurmaq istəyirlər. Konstitusiya Məhkəməsini ələ keçirsələr, onlara tabe olmayan bir qurum qalmayacaq”, deyə Qevorg Petrosyan bildirib.
Millət vəkili qeyd edib ki, bu məsələdə siyasi mənfəət əldə edilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə