Kor-koranə qərarlar Ermənistanı məhvə aparır

Rektorların nazirlə görüşü 6 saata qədər uzandı. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.

Qəzet yazır ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bir neçə gündür "Ali təhsil və elm haqqında" yeni qanun layihəsini ictimai müzakirəyə təqdim edib. Nəşrin məlumatına görə, qanun bir neçə gün ərzində 44 lehinə və 18 əleyhinə səs toplayıb. Məlum olub ki, universitet rektorları qanun layihəsi ilə bağlı məsələləri müzakirə etmək üçün bir neçə dəfə Təhsil, Elm, Mədəniyyət və İdman naziri ilə görüşüblər.

Xüsusilə nazirin rektorlarla son iclası 6 saat davam edib. Nəşrin əldə etdiyi məlumata görə, iclasda iştirak edən bəzi rektorlar passiv davranıblar və etiraz bildirməyə çalışmayıblar. Əslində, mövcud şərait, Paşinyan hakimiyyətinin ortaya qoyduğu repressiya mühiti onu deməyə əsas verir ki, onların belə bir şansları da olmayıb.
Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru Qagik Qalstyan qəzetin müxbirinə verdiyi müsahibədə deyib ki, bütün rektorlar yeni qanun layihəsini kor-koranə qəbul ediblər. Bu isə o deməkdir ki, Ermənistan beləliklə daha sürətlə məhvə sürüklənir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə