““Boykot” qərarı AXCP-yə xarici ağalarından verilib” RƏY-ÖZƏL

"Parlament seçkilərinə hazır olan bəzi partiyalar, siyasi liderlər seçkilərə namizədliklərini irəli sürəcəklərini elan edilər". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, həmin siyasi partiyalar özlərində potensial güc hiss edilər və inanırlar ki, seçicilər onları dəstəkləyəcək və ona görə də namizədliklərini irəli sürülər: "Amma “Milli Şura”nın və AXCP-nin rəhbərləri olan şəxslər çox gözəl başa düşürlər ki, onlar bu seçkilərdə səs toplaya bilməyəcəklər, qalib gələ bilməyəcəklər. Eyni zaman da, adları çəkilən bu şəxslər xarici maraqlı dairələrin sifarişi və göstərişi ilə hərəkət edir, onların tapşırıqlarını yerinə yetirirlər. Yəni bu şəxslər xarici “ağaların”dan öz göstərişlərini alıblar və bu seçkilərdə “boykot” taktikasını seçiblər. Ona görə də, əvvəlcədən bu şəxslər məğlubiyyətlərini boyunlarına alırlar və bu proseslərdə iştirak etməkdən imtina edirlər. Ümumiyyətlə, gücü, potensialı, qüvvəsi olan, bu seçkilərə hazır olan istənilən namizəd parlament seçkilərində iştirak etməlidir. Seçkiyə qatılmayanlar gücsüz və zəif partiyalardır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə