Naxçıvan Ali Məclisi buraxılıbmı? MÜNASİBƏT-ÖZƏL

"Naxçıvanda Ali Məclis buraxılmayıb". Bunu SİA-ya Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə baģlı münasibət bildirərkən deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2020-ci il fevral ayının 9-da keçiriləcək seçkilərlə ona görə eyni günə təyin olunub ki, əlavə vaxt və vəsait itkisinə yol verilməsin: "Məhz buna görə Ali Məclis belə bir qərar qəbul edib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə