Tramp və Lavrov Vaşinqtonda görüşə bilər

Rusiyanın XİN başçısı Sergey Lavrov və amerika prezidenti Donald Trampın dekabrın 10-da Vaşinqtonda Rusiya və ABŞ münasibətlərinin gələcək perspektivləri barədə müzakirələr aparılacağı gözlənilir. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya XİN-indən məlumat verilib.

"Dekabrın 10-da Lavrov Vaşinqtona işgüzar səfərə gedəcək. Onun ABŞ prezidenti tərəfindən qəbul ediləcəyi, Dövlət katibi Pompeo ilə danışıqlar aparacağı gözlənilir. Görüşlərdə Rusiya-Amerika münasibətlərinin gələcək inkişafına dair geniş məsələlərin, habelə beynəlxalq gündəmdəki aktual mövzuların nəzərdən keçirilməsi gözlənilir ", - deyə mənbədən qeyd edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə